Azərbaycanda 5 bal gücündə zəlzələ olub
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub.
ERAmedia xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 – 3 bala qədər hiss olunub.









