Azərbaycanda 62 yaşlı məzun diplom alıb
Mingəçevir Dövlət Universitetinin (MDU) 62 yaşlı məzunu Cəlilov Rəhmana bakalavriat səviyyəsi üzrə diplomu təqdim edilib.
ERAmedia xəbər verir ki, O, MDU-da “İqtisadiyyat” ixtisası üzrə qiyabi formada təhsil alıb və bu müddətdə həm iş həyatını, həm də ali təhsili uğurla bir arada aparmağı bacarıb.
Hazırda Dövlət Su Ehtiyatları Agentliyində çalışan Cəlilov Rəhman uzun illər sonra universitet auditoriyasına qayıtmasını həyatının ən doğru qərarlarından biri kimi qiymətləndirib.
Universitetdən ayrılarkən öz təəssüratlarını bölüşən məzun bu illəri “çox dəyərli və xoş xatirələrlə dolu” adlandırıb və MDU-nun rəhbərliyi, müəllim heyəti və yaradılan tədris mühiti barədə yalnız müsbət fikirlər səsləndirib.
Əli Fərhad









