media-combined
media-1740053802_67b71c9ce5def67b71c9ce5df0174005366067b71c9ce5ded67b71c9ce5dee
media-shehidler_olmez_baner_full

Azərbaycanda bələdiyyələrin birləşmə prosesi ilə bağlı yaradılmış komissiyalar öz fəaliyyətlərini yekunlaşdırıb və birləşmə prosesi başa çatıb.

ERAmedia xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar müvafiq məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib.

Xatırladaq ki, yanvarın 14-də Baş nazir Əli Əsədov bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması barədə sərəncam imzalamışdı. Ötən il noyabrın 25-də isə Prezident İlham Əliyev Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Qanunu təsdiqləmişdi.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər