media-w_1617792983576432024710_1200x630

Azərbaycanda orta aylıq əmək haqqı 1151 manata çatıb.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk rübündə orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artıb.

Deputat qeyd edib ki, hesabat dövründə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 797 min nəfər olub. Onlardan 869 mini dövlət sektorunda, 928 mini isə özəl sektorda fəaliyyət göstərir.

Vüqar Bayramov vurğulayıb ki, orta aylıq əmək haqqı göstəricilərində sektorlar üzrə ciddi fərqlər müşahidə olunur. Onun sözlərinə görə, ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb və bu sahədə çalışanların orta aylıq maaşı 4581 manat təşkil edir. Deputat bildirib ki, neft-qaz sektorunda çalışanların maaşları ölkə üzrə orta göstəricidən təxminən 4 dəfə çoxdur.

Millət vəkili əlavə edib ki, maliyyə və sığorta sektorunda orta aylıq əmək haqqı 2814 manatdır və bank sektorunda çalışanlar ölkədə ən yüksək maaş alan sahələrdən birində çalışırlar. Ümumilikdə isə iqtisadiyyatın 9 sektorunda əməkhaqları ölkə üzrə orta göstəricidən yüksəkdir.

Deputatın sözlərinə görə, iqtisadiyyatın 10 sektorunda orta aylıq maaş məbləği ümumi göstəricidən aşağıdır. Ən aşağı əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb və bu sahədə orta maaş 720 manat təşkil edir. Ticarət və nəqliyyat vasitələrinin təmiri sektorunda isə orta aylıq əməkhaqqı 768 manatdır. Təhsil sahəsində çalışanların orta maaşı 824 manat, elm və elmi fəaliyyət sahəsində isə 1048 manat təşkil edib.

Vüqar Bayramov hesab edir ki, orta aylıq əmək haqqı göstəricilərinin sektoral təhlili maaş artımlarının diferensiallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Deputat xüsusilə dövlət sektorunda əməkhaqlarının optimallaşdırılmasının prioritet məsələlərdən biri olaraq qaldığını diqqətə çatdırıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər