Azərbaycanda I sinfə qəbulla bağlı yenilik tətbiq olunacaq
Azərbaycanda ümumı̇ təhsı̇l məktəblərı̇, lı̇sey və gı̇mnazı̇yalarının I sı̇nfı̇nə qəbulu elektron qaydada həyata keçiriləcək.
ERAmedia-nın məlumata görə, qəbul Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən həyata keçiriləcək.
Belə ki, Elm və Təhsil Nazirliyi 2026-cı il mayın 1-dək sözügedən xidmətin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasının təmin etməlidir.
Həmçinin, xidmət mygov platformasında istifadəyə veriləcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə birlikdə iyunun 10-dək bununla bağlı bütün işləri həyata keçirməlidir.









