Azərbaycanda iki futbol klubunun adı dəyişdirildi
I Liqada çıxış edən “Cəbrayıl”, II Liqanın iştirakçısı “Quba” futbol komandalarının adları dəyişdirilib.
Peşəkar Futbol Liqasından ERAmedia-ya verilən məlumata görə, artıq “Cəbrayıl” yarışlarda “Gəncəbasar”, “Quba” isə “Hypers” adı altında mübarizə aparacaq.
Hər iki klubun ad dəyişikliyi ilə bağlı bütün sənədləşmə işləri başa çatdırılıb və zəruri sənədlər Peşəkar Futbol Liqasına təqdim edilib.









