media-1735478402_391588863_634841078812719_4204299509681756842_n
media-bant_master

Hazırda ümumi təhsil müəssisələrində 414 uşaq inklüziv təhsilə cəlb olunub.

Bu barədə ERAmedia-nın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, inklüziv təhsilin təşkil edildiyi ümumi təhsil müəssisələri uşaqların ehtiyaclarına uyğun didaktik materiallarla təmin olunub, fərdi və qrup məşğələlərinin keçirilməsi üçün köməkçi otaqlar təşkil edilib. Köməkçi otaqlar inklüziv tədris prosesi üçün müvafiq avadanlıqlarla təmin olunub.

Əlavə olaraq, ümumi təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şagirdlər üçün loqopedik xidmət otaqları təşkil olunub. Hazırda həmin müəssisələrdə ixtisaslı loqopedlər fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud şagirdlərin loqopedik məşğələlərə cəlb olunması təmin edilib. Loqopedik məşğələlərin saatları Elm və Təhsil Nazirliyinin hər tədris ili üzrə təsdiq etdiyi tədris planlarına əsasən müəyyənləşdirilir.


media-adspc

Bənzər xəbərlər