media-1776342386_speedtest-1

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” mart ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.

ERAmedia -nn məlumatın görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,37 Mb/s, mobil internetin median sürəti isə 95,43 Mb/s olub.

Fevral ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi 0,10 Mb/s və ya 0,11%, mobil internetin sürəti isə 0,48 Mb/s və ya 0,51% yüksəlib.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 17,75 Mb/s (24,11%), mobil internetin sürəti isə 20,81 Mb/s (27,89%) artıb.

Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.


media-adspc

Bənzər xəbərlər