media-media-iqtisadi-artim-vt72pb-960x630

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 102 milyard 48,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.

ERAmedia Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artıb.

Hesabat dövründə ən yüksək artım informasiya və rabitə sahələrində qeydə alınıb – 11,1 faiz. Nəqliyyat və anbar təsərrüfatında əlavə dəyər 10 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 4,5 faiz, ticarət və nəqliyyat vasitələrinin təmirində 3,8 faiz artıb.

Digər xidmət sahələrində artım 1,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 1,1 faiz, sənayedə isə 0,2 faiz olub. Tikinti sektorunda əlavə dəyər 8,7 faiz azalıb.

ÜDM-in 34,3 faizi sənayenin, 10,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmirinin, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatının, 6,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 5,4 faizi tikintinin payına düşüb.

Turistlərin yerləşdirilməsi və ictimai iaşə ÜDM-in 2,9 faizini, informasiya və rabitə 2 faizini, digər sahələr isə 20,9 faizini təşkil edib. Məhsula və idxala xalis vergilərin payı 9,8 faiz olub.


media-adspc

Bənzər xəbərlər