media-63c4517cd974deb

Bu ilin I rübündə Azərbaycanda mənzillərin bahalaşması qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən ERAmedia-ya məlumat veriblər.

Belə ki, 2026-cı ilin I rübündə mənzil bazarında qiymətlər 2025-ci ilin IV rübü ilə müqayisədə 2,2 faiz, o cümlədən ilkin mənzil bazarı üzrə 1,8 faiz, təkrar mənzil bazarı üzrə 2,2 faiz artıb.

Bundan əlavə, 2026-cı ilin I rübündə mənzil bazarında qiymətlər 2025-ci ilin I rübü ilə müqayisədə 8,1 faiz, o cümlədən ilkin mənzil bazarı üzrə 13,1 faiz, təkrar mənzil bazarı üzrə 8,1 faiz artıb.


media-adspc

Bənzər xəbərlər