Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artım var
Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,3 milyard manatlıq, o cümlədən 24,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
ERAmedia-ya Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,9 faiz artıb.
Hesabat dövrü ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,1 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil yanacağının, 4,9 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Səkkiz ayda pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 538,6 manatlıq, o cümlədən 293,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 245,5 manatlıq qeyri-ərzaq malları alıb.










