Azərbaycanda sabahdan hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında dekabrın 25-i gündüzdən başlayaraq 26-sı gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
ERAmedia xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimal olunur.










