Azərbaycanda ÜDM artıb
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 102 milyard 48,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
ERAmedia-ya Dövlət Statistika Komitəsindən bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 faiz çoxdur.
Ölkənin neft-qaz ÜDM-in dəyəri 1,2 faiz azalaraq 30 milyard 326,5 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-in dəyəri isə 2,6 faiz artaraq 71 milyard 721,7 milyon manata çatıb.










