Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınır
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınır.
ERAmedia xəbər verir ki, Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacaq Güzdək stansiyasından göndərilir.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan bu ölkəyə neft məhsullarının ixracına başlanılıb.









