media-1789649061_813698658_39036707819247709_4345675828260544106_n

İsveçdə sentyabrın 13-də keçirilmiş parlament seçkilərində Sosial-Demokrat Partiyasının lideri Maqdalena Anderssonun rəhbərlik etdiyi qırmızı-yaşıl qüvvələr çoxluq əldə ediblər. İlkin nəticələrə görə, onlar Riksdaqda 349 mandatdan 176-nı qazanıblar. Sağ blokun partiyaları isə 173 mandat əldə ediblər.

ERAmedia xəbər verir ki, seçkilər Azərbaycan əsilli bir sıra siyasətçilər üçün də uğurlu olub. Onlar milli, regional və bələdiyyə səviyyələrində mandat əldə ediblər.

İsveç Sosial-Demokrat Fəhlə Partiyasının nümayəndəsi Aylin Nuri yenidən Riksdaq deputatı mandatını qazanıb.

Mərkəz Partiyasını təmsil edən Aidə Kərimli Vestrra-Yötaland regional şurasında yer alacaq, həmçinin Riksdaqın əvəzedici deputatı olacaq. Onun partiya yoldaşı Turan Əliyev Partille bələdiyyə şurasına seçilib. Yaşıllar Partiyasının nümayəndəsi Aytac Quliyeva isə Haninge bələdiyyə şurasının tərkibinə daxil olub.

Mülayim Koalisiya Partiyasının nümayəndələri də bələdiyyə səviyyəsində uğur qazanıblar. Aygün Ələkbərova Elvkarlebyu kommunasının bələdiyyə şurasına, onun 18 yaşlı oğlu Rihad Ələkbərov isə Yevle bələdiyyə şurasına seçilib.

Xatırladaq ki, sentyabrın 13-də İsveçdə ölkə vətəndaşları Riksdaqın 349 deputatını, həmçinin 21 regional və 290 bələdiyyə şurasının üzvlərini seçiblər.


media-adspc

Bənzər xəbərlər