Azərbaycanı 6 parataekvondoçu təmsil edəcək
Almaniyanın Münxen şəhərində parataekvondo üzrə Avropa çempionatı keçiriləcək.
ERAmedia xəbər verir ki, Azərbaycanı turnirdə K44 kateqoriyası üzrə kişilər arasında Sabir Zeynalov (58 kiloqram), Amin Əliyev (63 kiloqram), Amin Şıxalıyev (63 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Orxan Cəfərov (80 kiloqram), qadınlar arasında isə Səmayə Həsənova (47 kiloqram) təmsil edəcək.
Milli komandanı yarışa baş məşqçi Fərid Tağızadə çıxaracaq.









