media-1785926913_5447369904592985435

Ekvadorun Quayakil şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından ERAmedia-ya verilən məlumata görə, ölkəmiz mötəbər yarışda 9 çəki dərəcəsində 14 idmançı ilə təmsil olunacaq. Yığmanın heyətində 10 oğlan və 4 qız cüdoçu yer alıb.

Azərbaycan millisinin heyəti belədir:

Qızlar:

40 kiloqram: Sunay Salamova, Zəhra Quliyeva

44 kiloqram: Pərvin Sevxanlı

48 kiloqram: Könül Eyvazlı

Oğlanlar:

50 kiloqram: Fərid Rzazadə

55 kiloqram: Fərid Xudiyev, İbrahim Talıbo

66 kiloqram: İlkin Qarayev

73 kiloqram: Yusuf Nəzər, Sadiq Məmmədov

81 kiloqram: Ayxan Həsənli, Yaqub Məmmədov

90 kiloqram: Ömər Axundov, Nurəddin Əliyev.

Qeyd edək ki, 20–23 avqust tarixlərində təşkil olunacaq dünya çempionatında 61 ölkədən ümumilikdə 459 idmançı (242 oğlan, 217 qız) medallar uğrunda mübarizə aparacaq.


media-adspc

Bənzər xəbərlər