Azərbaycanın daha 2 boksçusu Dünya Kubokunda mərhələ adlayıb
Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya Kuboku davam edir.
Boks Federasiyasından ERAmedia -ya bildirilib ki, reytinq xarakterli yarışın ikinci günündə rinqə çıxan Azərbaycan millisinin hər iki idmançısı qələbə qazanıb.
55 kiloqramda Zidan Hünbətov 1/16 finalda Aqustin Susloaqanı (Uruqvay) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). O, növbəti görüşünü Rafael Lozano Serranoya (İspaniya) qarşı keçirəcək. Döyüş aprelin 23-də olacaq.
Məhəmməd Abdullayev (+90 kiloqram) də Dünya Kubokuna qələbə ilə başlayıb. Boksçumuz 1/8 finalda Yakub Domuradı (Polşa) 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Abdullayev ikinci görüşündə Luka Pratljaçiçlə (Xorvatiya) üz-üzə gələcək. Döyüş aprelin 24-də baş tutacaq.
Qeyd edək ki, Dünya Kubokuna aprelin 26-da yekun vurulacaq.










