Daha 4 cüdoçumuz mübarizəyə qoşulur
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatı davam edir.
ERAmedia xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın daha 4 cüdoçusu tatamiyə çıxacaq.
Kişilər
81 kiloqram, 1/16 final
Zelim Tçkayev – Nase Herkoviç (Sloveniya) /Vladislav Kolobov (Ukrayna) cütünün qalibi ilə Ömər Rəcəbli – Yahya Nurkoviç (Monteneqro) / Abdul-Kerim Tasuyev (Rusiya) cütünün qalibi ilə
90 kiloqram, 1/16 final
Murad Fətiyev – Aleks Kret (Rumıniya)
Qadınlar
70 kiloqram, 1/32 final
Südabə Ağayeva – Maya Goşen (İsrail)
Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.










