Azərbaycanın ən hündür tikilisi - Bakı Televiziya Qülləsi - VİDEO
ERAmedia-nın məlumatına görə, ölkə ərazisində radio və televiziya verilişlərinin yüksək keyfiyyətli yayımının təmin edilməsi, mövcud yerüstü televiziya yayım sistemlərinin dünya standartlarına uyğunlaşdırılması, eləcə də efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədi ilə 2008-ci il iyul ayının 10-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasında televiziya yayımının genişləndirilməsi və efir məkanında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalamışdır.
Sərəncama müvafiq olaraq, qısa vaxt ərzində kompleksdə əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanmışdır. Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunmuşdur.
Videonu linkə keçid etməklə izləyə bilərsiniz:









