Azərbaycanın gənc badmintonçuları beynəlxalq arenada
Azərbaycanın uşaq və yeniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə ümumilikdə 11 medal qazanıblar.
ERAmedia xəbər veriri ki, bu barədə Badminton Federasiyasından məlumat verib, Mələk Təhməzli və Muxtar Bədəlov 11, Omar Mehdi və Dəniz Əhmədli 13, Fərəc Kərimli isə 15 yaşadək badmintonçuların mübarizəsində müxtəlif kateqoriyalar üzrə medalçılar sırasında yer alıblar.
Badmintonçular turnirdə ümumilikdə 7 qızıl, 3 gümüş və 1 bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, Azərbaycan badmintonçuları Batumidə ənənəvi olaraq keçirilən “Youth International” turnirində ötən il 5-i qızıl, 5-i gümüş və 6-sı bürünc olmaqla 16 medal əldə etmişdilər.