Azərbaycanın iki karateçisi bürünc medal qazanıb
Azərbaycanın iki karateçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
ERAmedia xəbər verir ki, 55 kq çəki dərəcəsində Mədinə Sadıqova üçüncü yer uğrunda görüşdə pakistanlı rəqibi Laiba Zianı məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Bundan başqa, Roman Heydərov kata növündə üçüncü olub.










