media-videoedited
media-qfmhrhb8zpwmdcmblwmfhxbse9abtsaj2bxcxehq_640
media-shehidler_olmez_baner_full

Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarında final döyüşləri keçirilib.

ERAmedia xəbər verir ki, azərbaycanlı boksçu Gülər Hüseynova (48 kq) rusiyalı Darya Qavrinaya qalib gələrək qızıl medala sahib çıxıb.

Aysel Fərəcova (46 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq) və Fidan Bakarova (63 kq) finalda rəqiblərinə uduzub və ikinci yerlə kifayətləniblər.

Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq) və Mirrüqeyya Azərpur (57 kq) bürünc medallar qazanıblar.

Beləliklə, Azərbaycanın qadın boksçuları turniri 1 qızıl, 5 gümüş və 3 bürünc medalla başa vurublar.

Qeyd edək ki, boks üzrə yarışlar oktyabrın 5-də yekunlaşacaq.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər