Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
Azərbaycanın qadın güləşçisi Günay Qurbanova ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.
ERAmedia xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda ukraynalı Alina Filipoviçə sonuncu xal prinsipinə əsasən (4:4) məğlub olub.
Bununla da Azərbaycanın U-23 dünya çempionatında əldə etdiyi medalların sayı üçə çatıb. Daha əvvəl Elmir Əliyev (60 kiloqram) gümüş, Ruslan Nurullayev (77 kiloqram) bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, mundiala oktyabrın 18-də yekun vurulacaq.










