Azərbaycanın Rusiyadakı səfirliyində yeni növbə sistemi tətbiq olunacaq
Azərbaycanın Rusiyadakı səfirliyi noyabrın 12-də diplomatik nümayəndəliyin Konsulluq şöbəsində yeni elektron növbə sisteminin istifadəyə veriləcəyini elan edir.
ERAmedia xəbər verir ki, ziyarətçilər “appointment.mfa.gov.az” saytında yerləşdirilən “Elektron növbə portalı” vasitəsilə ümumi vətəndaş pasportu və geri qayıtma şəhadətnaməsi almaq da daxil olmaqla bütün konsulluq xidmətləri üçün əvvəlcədən qeydiyyatdan keçə biləcəklər.
Portalda qeydiyyat pulsuzdur və hər bir ziyarətçi üçün fərdi olacaq. Sistem ziyarətçilərə görüş təyin etməyə, onun vaxtını dəyişdirməyə və ya ləğv etməyə imkan verir. Növbənin yerləşdirilməsi seçilmiş xidmətə əsasən müəyyən edilir.










