media-1788889569175345582_1200x630

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də Azərbaycanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovu qəbul edib.

ERAmedia xəbər verir ki, azərbaycanlı diplomat etimadnaməsini Türkiyə dövlət başçısına təqdim edib.

R.Aslanov bundan əvvəl Azərbaycanın İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında və Malta Respublikasında səfiri, habelə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı və Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu yanında daimi nümayəndəsi vəzifələrində çalışıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 24-də Rəşad Aslanovun Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Türkiyə Prezidentinə Böyük Britaniya, İsveç, Kanada və Tailandın yeni təyin olunmuş səfirləri də etimadnamələrini təqdim ediblər.

media-17888895691697516334_1200x630


media-adspc

Bənzər xəbərlər