media-17640748953655413396_1200x630
media-bant_master

Azərbaycanın səhiyyə sahəsində fəal əməkdaşlıq üzrə təşəbbüsləri Türk dünyası ölkələrində anlaşılır və dəstəklənir.

ERAmedia AZƏRTAC-a istinadən xəbər verir ki , bu barədə Ankarada keçirilən Türk Dünyasının 11-ci Tibb Qurultayında (11. Türk Tıp Dünyası Kurultayı) iştirak edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev bildirib. Səhiyyə naziri belə qurultayların keçirilməsinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə sistemlərinin yaxınlaşması, eləcə də qlobal tibbin inkişafına töhfə baxımından əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, qurultayda dünyanın müxtəlif ölkələrindən təxminən 3 min nümayəndə, o cümlədən 40-dək səhiyyə müəssisəsi və tibb təşkilatının rəhbəri iştirak edir.

T.Musayev kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncərin müzakirələrdə iştirakına xüsusi diqqət çəkərək, tanınmış alimin qurultaydakı çıxışını “Türk dünyasının Tibb Yol Xəritəsi” adlandırıb.

Nazir qeyd edib ki, Azərbaycan Türk dünyasının tibb qurultaylarında fəal iştirak edir və vaxtaşırı müxtəlif təşəbbüslərlə çıxış edir. Bu baxımdan, T.Musayev Azərbaycanın transplantasiya sahəsində məlumat mübadiləsi üzrə Ortaq Türk Platformasının yaradılması təşəbbüsünün həyata keçirilməsi istiqamətində atılan konkret addımları qürur mənbəyi adlandırıb.

“Bu ideyanın həyata keçirilməsi üçün hazırda hüquqi və digər addımların atılması sevindirici haldır. Platformanın fəaliyyətinə çox yaxın gələcəkdə başlana bilər”, – deyən nazir orqan transplantasiyasının, xüsusən də sümük iliyinin transplantasiyasının bütün Türk dünyası ölkələrinin səhiyyə sistemi üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb. O əlavə edib ki, yeni platforma sayəsində, həmçinin çarpaz orqan transplantasiyası əməliyyatları mümkün olacaq.


media-adspc

Bənzər xəbərlər