media-1789928156541843395_1200x630

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb.

ERAmedia  xəbər verir ki, ilk yarış günündə Azərbaycan komandası M1 yaş kateqoriyasında 1 qızıl və 3 bürünc medal qazanıb.

100 kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Əbülfət İsmayılov (60 kiloqram), Mahir Abbasov (81 kiloqram) və Coşqun Abdullayev (90 kiloqram) isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur.

media-1789928156219262377_1200x630


media-adspc

Bənzər xəbərlər