Azərbaycanla əlaqələrimizi bütün istiqamətlər üzrə daha da genişləndirmək niyyətindəyik - İqnasio Kassis
Azərbaycanı ATƏT-in Nazirlər Şurasının iclasında da görmək istərdik.
ERAmedia xəbər verir ki, bu sözləri İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında söyləyib.
“Eyni zamanda, Azərbaycanla əlaqələrimizi mümkün olan bütün istiqamətlər üzrə daha da genişləndirmək niyyətindəyik”, – deyə o əlavə edib.









