media-videoedited
media-550822410_1335291097965940_7293083256918908124_n
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

“Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması üçün tərəfləri ilk gündən dəstəklədik”.

ERAmedia xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib. O bildirib ki, avqustun 8-də iki ölkə (Azərbaycan və Ermənistan) arasında davamlı sülhə gedən addımların atılmasından məmnunluq duyur. “Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan başda olmaqla, prosesə dəstək verən ABŞ Prezidenti Donald Trampa bir daha təşəkkür edirəm. Bu mənada ölkəmizlə Ermənistan arasında normallaşma prosesinin öz axarı ilə davam etdiyini bildirmək istəyirəm”, – deyə Ərdoğan əlavə edib.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər