Azərbaycanlı ata-oğul dünya çempionu oldu - FOTO
Sərhədçi İdman Olimpiya Mərkəzinin baş giziri Orxan Heydərli və oğlu Əbülfəz Heydərli dünya çempionu olub.
ERAmedia xəbər verir ki, ata-oğul buna Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında nail olublar.
O.Heydərli karatenin şotokan növündə keçirilən yarışda +84 kq çəki dərəcəsində qızıl medalın sahibi olaraq 4-cü dəfə dünya çempionu olub.
Ə.Heydərli isə 10-11 yaşlılar arasında keçirilən yarışda bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.












