media-627473963_122186694686552155_8910889371093737424_n

Milli Məclisin deputatı Səbinə Salmanova Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) Sosial məsələlər və humanitar siyasət komitəsinin sədr müavini seçilib.

ERAmedia xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, QDİƏT PA-nın Sosial məsələlər və humanitar siyasət komitəsinin Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən iclasında deputat Səbinə Salmanovanın qurumun adıçəkilən komitəsinin sədr müavini vəzifəsinə namizədliyi irəli sürülüb.

Toplantıda iştirak edən QDİƏT PA-nın Sosial məsələlər və humanitar siyasət komitəsinin üzvü olan ölkələrin parlamentariləri Azərbaycan nümayəndəsinin namizədliyini dəstəkləyərək, onu komitənin sədr müavini vəzifəsinə seçiblər.


media-adspc

Bənzər xəbərlər