media-1

Azərbaycan geologiya elminin görkəmli nümayəndələrindən biri, məşhur neftçi-geoloq Fərman Salmanovun doğum günüdür.

ERAmedia xəbər verir ki, 1931-ci ildə dünyaya gələn Fərman Salmanov əmək fəaliyyətinin yarım əsrdən çoxunu SSRİ və Rusiyanın neft-qaz sənayesinin inkişafına həsr edib. O, 130-dan artıq iri neft və qaz yatağının kəşfində birbaşa iştirak edib və ya həmin yataqların aşkar olunmasına mühüm töhfə verib. Onun fəaliyyəti nəticəsində aşkar edilən ən məşhur yataqlar sırasında Mamontov, Megiyon, Pravdinsk, Üst-Balıq, Surqut, Urengoy və Yamburq kimi strateji əhəmiyyətli yataqlar yer alır.

Fərman Salmanov elmi fəaliyyət sahəsində də zəngin irs qoyub. O, geologiya və neft-qaz sənayesinə dair 160-dan çox monoqrafiya və elmi əsərin müəllifi kimi tanınır.

Görkəmli geoloqun xidmətləri müxtəlif mükafat və fəxri adlarla qiymətləndirilib. O, Xanti-Mansiysk və Yamalo-Nenetsk muxtar dairələrinin, Surqut şəhərinin, eləcə də ABŞ-ın Texas ştatının fəxri vətəndaşı seçilib.

Fərman Salmanovun xatirəsi bu gün də ehtiramla yad edilir. 2019-cu ilin may ayında Rusiyanın Surqut şəhərində yerləşən hava limanına onun adı verilib və bununla da azərbaycanlı alimin dünya neft-qaz sənayesinə verdiyi töhfələrə növbəti dəfə yüksək qiymət ifadə olunub.

media-whatsapp-image-2026-07-28-at-11-17-21

Vüsalə


media-adspc

Bənzər xəbərlər