media-17847953911163428845_1200x630

Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Çinin Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişi çərçivəsində ümumilikdə 20 nəfər Azərbaycan vətəndaşı 2026-2027-cı tədris ili üzrə Çinin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

ERAmedia-ya Çin tərəfinin yekun qərarına əsasən, namizədlər Şanxay Jiao Tonq Universiteti, Şanxay Universiteti, Zhejiang Universiteti, Çin Neft Universiteti, Pekin Texnologiya Universiteti, Pekin Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrində hüquq, neft və qaz mühəndisliyi, kibertəhlükəsizlik, iqtisadiyyat və menecment, beynəlxalq biznes, tətbiqi kimya, beynəlxalq hüquq və digər ixtisaslar üzrə təhsil alacaqlar.

Təqaüd proqramı çərçivəsində seçilmiş namizədlərdən 18 nəfər magistratura, 2 nəfər isə doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.


media-adspc

Bənzər xəbərlər