Azərbaycanlı zəvvarların ilk qrupu həcc ziyarətinə yola düşüb - FOTO
Azərbaycanlı zəvvarların ilk qrupu həcc ziyarətinə yola düşüb.
ERAmedia “Report”a istinadən xəbər verir ki, 180 zəvvar Heydər Əliyev Hava Limanından həccə gediblər.
Həcc ziyarətində azərbaycanlı zəvvarlar üçün 1 150 kvota yeri ayırıb.
Bu il həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən edilib.
Qeyd edək ki, mayın 27, 28-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq.










