media-qoca-pensioner

Azərbaycanda orta ömür uzunluğu artsa da, qeyri-yoluxucu xəstəliklərin payında da artım müşahidə olunur.

ERAmedia xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Dünya Ağciyər Sağlamlığı Gününə həsr olunan beynəlxalq elmi-praktik konfransda bildirib.

Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkil etdiyi tədbirdə çıxış edən şöbə müdiri son illərin tibbi-bioloji mənzərəsində qeyri-yoluxucu xəstəliklərin üstünlük təşkil etdiyini vurğulayıb.

Onun sözlərinə görə, dünyada orta ömür uzunluğu 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77 ili ötüb.

“Bununla belə, düşünməliyik ki, qazandığımız əlavə ömür illərini nə dərəcədə sağlam yaşayırıq. Ömür uzunluğunun artması ilə yanaşı, xüsusilə qeyri-yoluxucu xəstəliklərin də rolu artıb”, – deyə Ramik Quliyev qeyd edib.


media-adspc

Bənzər xəbərlər