Azİz informasiya səhifəsi: İsrail və Azərbaycan tərəfdaşlığı haqqında gündəlik xəbərlər

İsraildə Azərbaycan və İsrail arasında siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərdən bəhs edən Azİz.news İnformasiya Portalı yenidən fəaliyyətə başlayıb. Bu, icma yönümlü, rusdilli bir platformadır və məqsədi İsraildə yaşayan azərbaycanlılar, eləcə də İsrailin və dünyanın digər ölkələrinin rusdilli auditoriya üçün birləşdirici media mərkəzinə çevrilməkdir.

Bununla bağlı ERAmedia-ya layihənin işlərini İsraildə həyata keçirən tanınmış jurnalist və analitik, bakılı Emil Şleyimoviç məlumat verib. O, Azərbaycanın yaxın dostudur və ölkəmizlə bağlı mövzulara xüsusi diqqət ayırır.

E.Şleyimoviçin sözlərinə görə, Azİz adı ölkələrimizin adlarından formalaşıb: Azərbaycan və İsrail. Saytın Facebook sosial şəbəkəsində də Azİz səhifəsi açılıb. Bütün maraqlananları həmin səhifəyə abunə olmağa, xəbərləri paylaşmağa və diqqətinizi çəkən mövzulara rəy yazmağa dəvət edirik.
Əli Fərhad










