AzTV-də İctimai Şuranın növbəti iclası keçirilib
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən İctimai Şuranın növbəti iclası keçirilib.
Görüşdə çıxış edən QSC sədri Rövşən Məmmədov maarifləndirici proqramların sayının artırılması, süni intellekt imkanlarından istifadə, rəqəmsal media üzrə fəaliyyətin gücləndirilməsi, eləcə də yeni veriliş və serialların hazırlanmasının vacibliyindən danışıb.