media-1771349921_1

Azərbaycan Televiziyasının efir məkanında təqdim olunan yeni intellektual yarışma proqramı “Tarixin oyunu” milli maarifçilik ənənələrinin müasir formada davamı kimi qiymətləndirilir. Musavat.com xəbər verir ki, layihə tarixi yaddaşın sistemləşdirilməsi, milli kimliyin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik şüurunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

ERAmedia xəbər verir ki, proqramın konseptual xətti dünya tarixində ilklər, dövlətçilik ənənələri, ictimai-siyasi xadimlər, elmi kəşflər və tarixi abidələrlə bağlı suallar üzərində qurulub. Yarışmada ölkəmizdəki məbədlər, qalalar, qəsrlər və digər memarlıq nümunələri ilə bağlı mövzular xüsusi yer tutur. Bu yanaşma iştirakçılara memarlıq irsimizin hərbi-strateji, ideoloji və mədəni mahiyyətini aşılamaqla yanaşı, tamaşaçıda da tarixi irsə marağı artırır.

Verilişdə görkəmli tarixi şəxsiyyətlərə dair suallar dövlətçilik və liderlik kontekstində təqdim edilir, sərkərdələr, alimlər, mütəfəkkirlər və maarifçilər haqqında biliklər yoxlanılır. Milli dövlətçilik ənənələri, mədəni irs, ədəbiyyat və incəsənət nümunələri də proqramın əsas istiqamətlərindən biridir. Gənclərdə vətənpərvərlik duyğularının möhkəmləndirilməsi məqsədilə bəzi mövzular aktyor ifasında obrazlarla təqdim olunur.

“Tarixin oyunu”nun əhəmiyyəti həm də onun maarifləndirici və ideoloji tribuna funksiyasını yerinə yetirməsindədir. Sualların məzmununda elmi dəqiqlik və obyektivlik prinsipi qorunur. Layihə Azərbaycan Televiziyasında tarixi yaddaşla müasir milli təfəkkürün sintezini formalaşdıran yeni format kimi təqdim olunur.


media-adspc

Bənzər xəbərlər