AzTV-dən narazı müğənnilərə cavab
“Bizim heç bir sənət adamı ilə problemimiz yoxdur. Əksinə, qarşılıqlı formada bir-birimizə dəstək veririk”.
Bu sözləri ERAmedia-ya AzTV-nin mətbuat xidmətinin rəhbəri Rüfət Seyidov deyib.
Onun sözlərinə görə, Dövlət Televiziyasında Yeni il çəkilişlərinə dəvət olunmayan ifaçılara 2026-cı ildə Novruz bayramı çəkilişləri üçün müraciət olunacaq:
“Bu konsertə gəlincə, onu deyə bilərik ki, yeni ildə möhtəşəm kontentlə tamaşaçıları sevindirəcəyik. Növbəti – Novruz bayramı konsertinin hazırlığı zamanı da digər sənət adamlarına müraciət etməyi düşünürük”.










