AzTV ilə Səudiyyə Ərəbistanının televiziya kanalları arasında əməkdaşlıq müzakirə olunub
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüş keçirib.
ERAmedia AZTV.AZ-a istinadən xəbər verir ki, görüş zamanı AzTV ilə Səudiyyə Ərəbistanının televiziya kanalları arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub. Mövcud əlaqələrin daha da genişləndirilməsi məqsədilə bir sıra təkliflər irəli sürülüb.










