AzTV-nin kollektivi Zəfər abidəsini ziyarət edib - FOTO
27 Sentyabr – Anım Günü ilə əlaqədar “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Bakıda Zəfər parkında olub.
ERAmedia xəbər verir ki, kollektiv Zəfər abidəsinin önünə gül dəstələri qoyaraq, vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib.
Qeyd edək ki, bu il Vətən müharibəsinin başlanmasından 6 il ötür.












