media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
media-xeberler-519x292-1
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nümayəndə heyəti Portuqaliyanın aparıcı televiziya kanallarından olan “CNN Portugal”  və “Sociedade Independente de Comunicação” telekanallarında olub.

ERAmedia AZTV.AZ saytına istinadən xəbər verir ki, “CNN Portugal” telekanalın baş icraçı direktoru Jose Eduardo Moniz və QSC-nin sədri Rövşən Məmmədov qarşılıqlı əməkdaşlıq imkanları, televiziyanın strukturu, xəbərlərin təqdimat modeli və media texnologiyaları ilə bağlı geniş fikir mübadiləsi aparıb.

Sonra AzTV-nin nümayəndə heyəti Portuqaliyanın aparıcı televiziya kanallarından biri olan “Sociedade Independente de Comunicação”da olub.

Görüş çərçivəsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov və telekanalın rəhbər heyəti arasında yayım siyasəti, kontent istehsalı, xəbərlərin redaktə, emal strategiyası və proqramların təşkili modeli, həmçinin sosial media ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Daha sonra nümayəndə heyəti kanalların studiyaları, texniki imkanları və yayım otaqları ilə də tanış olublar.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər