AzTV-nin sədri Portuqaliyanın “TVI” telekanalı ilə tanış olub
AzTV-nin nümayəndə heyəti Portuqaliyanın “TVI” telekanalında olub. Görüş zamanı heyət telekanalın serial istehsalı prosesi, studiyaları və texniki imkanları ilə yaxından tanış olub.
ERAmedia AZTV.AZ saytına istinadən xəbər verir ki, 1992-ci ildən film və serial istehsalı sahəsində fəaliyyət göstərən və “TVI” telekanalının tərkibinə daxil olan “Plural Entertainment” studiyasında nümayəndələrə bir serialın çəkilişi üçün nəzərdə tutulan iri həcmli çəkiliş meydançaları, istifadə edilən müasir texniki avadanlıqlar, xüsusi qrafika və dizayn texnologiyaları təqdim edilib.









