Şəhid operator Sirac Abışov təltif olunub - ÖZƏL
Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin operatoru şəhid Sirac Abışov Azərbaycan Respublikası Prezidenti adından, Azərbaycan Respublikasının Müdafiə Nazirinin 21 iyul 2025-ci il əmrinə əsasən “Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə görə” medalı ilə təltif olunub.
Şəhidin qardaşı Şirzad Səmədovun ERAmedia-ya verdiyi açıqlamaya görə, medalı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi general-mayor Müşfiq Məmmədov Siracın oğlu Özgürə təqdim edib.
Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin operatoru Sirac Abışov 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub.