AzTV-nin sabiq sədri vəfat edib
Azərbaycan Televiziziyasının (AzTV) sabiq sədri Məmməd Murad vəfat edib.
ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Qeyd edək ki, o, 1991-1992-ci illərdə AzTV-yə rəhbərlik edib. Məmməd Murad televiziyaya sədrlik etdiyi dövrdə (1991-1992) neçə-neçə uğurlu layihələr həyata keçirməklə yanaşı, bir sıra islahatlara imza atılması ilə yadda qalıb.
Allah rəhmət eləsin!