media-videoedited
media-tah
media-shehidler_olmez_baner_full

Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanov qardaşı Cabir İmanovun ölümündən sonra videoaçıqlama yayıb.

ERAmedia xəbər verir ki, aktyor, qardaşının ölümündən sonra sosial şəbəkələrdə dini mənsubiyyətlə bağlı yayılan iddialara cavab verib: “Birincisi, bu kimi mövzuları qabardan insanlar birliyə böyük zərbə vurur. Digəri isə dinə olan mənsubluq hər bir insanın şəxsi işidir. Üçüncüsü ən vacibi isə odur ki, bu çox böyük günahdır. Çünki siz ölünün dalınca qeybət edirsiniz”.

Aktyor cənazə mərasimində jurnalistlərə qoyulan çəkiliş qadağası ilə bağlı da danışıb: “Dedim ki, halallıq vermirik. Bu məsələni şişirtdiniz. Qəbiristanlığa gedəndə dedim ki, təkcə kişilər gedir. Bu bizim adətimizdir. Gəlib gördüm ki, yalandan başlarını bağlayan jurnalist xanımlar hansısa yüksəklikdə durub ki, qəbiri çəksinlər. Bu nə adətdir? Babalarınızın, nənələrinizin dəfni vaxtı video çəkilib? Ayıb deyil?”

Ətraflı videomaterialda:

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər