Babək rayonunda ayı kəndə hücum edib
Naxçıvanda ayı insanlara hücum edib, bir sakinə ciddi xəsarətlər yetirib.
ERAmedia xəbər verir ki, hadisə Babək rayonu Yuxarı Buzqov kəndində qeydə alınıb. Belə ki, kənddə ayı Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Məzahir Tağı oğlu və onun oğlunun üzərinə hücum edib.
Yırtıcı heyvanın hücumu nəticəsində M.Məmmədov müxtəlif bədən xəsarətləri alıb və o, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.