Babəkdə kişi geyimində oğurluq edən qadın saxlanılıb
Babək rayonunda oğurluq edən şəxs saxlanılıb.
ERAmedia xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Babək rayonunda yerləşən evlərin birindən 45 000 manat məbləğində pulun oğurlanması barədə polisə məlumat daxil olub. Babək Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, 32 yaşlı Ayşən Mustafayeva müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluğu törədib. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.