Badara kəndinin sakinləri döğma yurdda
ERAmedia xəbər verir ki, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Badara kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Badara kəndinə 14 ailə – 55 nəfər, Hadrut qəsəbəsinə isə 10 ailə 41 nəfər köçürülüb.
Bu gün Xocalı rayonunun Badara kəndinə yola salınan köç karvanı kəndə çatıb.
Sakinlərin qarşılanma mərasimi keçirilib.